02:43
(077) 610-22-33

Ərdoğan ittihamlarını CHP-yə yönəltdi - VİDEO

  • >
2 782 3 İyun 2013 13:20 | Region

Dörd günlük səfərə start verən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan çıxışında Gezi parkındakı olayların parkla əlaqəli olmadığını və ifrat ekstremistlərin təşkil etdikləri nümayiş olaraq dəyərləndirib: "Hazırda evlərində bizim zorla tutub saxladığımız ölkənin 50 faiz insanı var. Biz onlara "aman səbirli olun, heç bir halda bu oyunlara gəlməyin" deyirik.

Gezi park hadisələrində ağac məsələsinin sadəcə olaraq bu işin fitilini alışdırmaq məqsədi daşıdığını və buna görə hesab soracağını deyən Ərdoğan ittihamlarını CHP partiyasına yönəldib: "Özləri üçün hüquq və azadlıq tələb edənlər, mənim hüquq və azadlığım nə olacaq? Bu qədər maşınlar yandırıldı, bu maşınların sahibi mənim vətəndaşlarımdır. Dövlətin avtomobilləri yandırıldı. Bunların cavabını kim verəcək?...Saf. təmiz, sosial mediadan aldıqları məlumatlar nəticəsində ora qatılanları ayırsaq, onların xaricində, ifrat ekstremistlərin təşkil etdikləri bir nümayişə təəssüf ki, qatılmaq məcburiyyətində qalanlar var".//qafqazinfo//



AzNews.az


Bağla X