“Ərdoğan xalqdan üzr istəməlidir“

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın xalqdan üzr istəməli olduğunu bildirib.

"Bir baş nazirin "biz 50%-i evlərində güclə saxlamışıq" deməsi nə deməkdir? Ancaq məsuliyyətsiz baş nazir belə danışa bilər. Kütləni sakitliyə, sağlam düşüncəyə çağırmaq lazımdır, davaya yox. Əgər kütlənin 50%-i də mənim nəzarətimdədir, mən onları istədiyim an sahəyə çıxar bilərəm, əllərində dəyənəklərlə bir dava başlayar" deyə hədələyirsinizsə, bunun adı, belə bir danışığın adı demokratiya deyil. Bu ancaq diktatorların söyləyəcəyi, istifadə edəcəyi bir dildir", deyə müxalifət lideri bəyan edib.

Kılıçdaroğlu daha sonra baş nazirin xalqdan üzr istəməsini tələb edib: "Baş nazirin çıxıb xalqdan üzr istəməlidir. Bunu istəyirik. Bunu tələb edirik. Üzr dilədiyi andan etibarən ümid edirəm olaylar başa çatar. Biz, dövlət əmlakına zərər verən bir aksiyanı dəstəkləmirik. Heç bir aksiya zorakılığa çevrilməməlidir. Əks halda o artıq demokratik olmaz".

CNP lideri həmçinin polisin qeyri-adekvat qüvvə tətbiq etdiyini bildirib: "Polis qeyri-adekvat qüvvə tətbiq edib. Öncə bu həqiqəti qəbul etməliyik. Taksimdə Gəzinti Parkında, parkı, ağacları qorumaq istəyən gənclərin üzərinə səhər saat 5-də gözyaşardıcı qazla getmək, onların çadırlarını dağıtmaq hansı demokratiyada var? Bunlar öz şəhərlərini, parklarını qoruyorlar. O insanlara qarşı qeyri-adekvat qüvvədən istifadə edilməsəydi Türkiyə bu gün ayağa qalxmayacaqdı. Öncə bu həqiqəti görmək lazımdır".//apa//

AzNews.az