Türkiyədəki aksiyalara 3 iş adamı dəstək verib

Türkiyədə davam edən kütləvi aksiyalarla bağlı müxtəlif xəbərlər yayılmaqdadır.

"Habertürk"ün Genəl Yayın yönətməni Fatih Altaylı, Gezi parkı olaylarına üç böyük iş adamının dəstək verdiyini iddia edib.

O, Twitter hesabında Gezi parkı olayları ilə bağlı belə bir açıqlama yayıb: "Gezi Parkı olaylarına üç böyük iş adamı hər cür gizli dəstək verdi.

Bunlardan biri böyük bir klubun başqanı, biri de tanınmış, köklü bir ailədir".
İş adamlarını adlarını açıqlamayan F. Altaylı həmçinin başda Amerika, Almaniya, İran, Suriya, Rusiya olmaqla bir çox dövlətdən ən azı 250 xəfiyyənin Gezi parkına göndərildiyini bildirib.

Altayı bu mövqeyi ilə aksiyaçıların da diqqətini özünə cəlb edib və onlar tanınmış jurnalisti hökumətin mövqeyini müdafiə etməkdə günahlandırıblar.

Elnarə
AzNews.az