19:01
(077) 610-22-33

Türkiyənin NTV kanalında istefalar başlayıb

  • >
3 280 4 İyun 2013 09:27 | Region

Türkiyənin ən nüfuzlu xəbər kanallarından biri olan NTV-də istefalar başlayıb.



APA-nın xəbərinə görə, istefaların səbəbi bu telekanalın İstanbulda və ölkə miqyasında keçirilən etiraz aksiyalarını zəif işıqlandırmasıdır.

Telekanalın xəbər prodüseri Ömər Aykar, NTV-nin daxil olduğu "Doğuş" yayın qrupunun digital redaktoru və "NTV Radio"nun aparıcısı Dilara Eldaş vəzifələrindən istefa veriblər. D. Eldaş qərarını "Twitter" vasitəsilə açıqlayıb: "Çox sevdiyim, illərdir çalışdığım NTV-ni, öz məktəbimi tərk etdim. İstefa verdim. Yəqin ki, bundan sonra simit satacağam".

NTV-də veriliş aparan Türkiyənin tanınmış fotoqrafı Mehmet Turqut da telekanaldan ayrıldığını bəyan edib. O, Taksim meydanında və ölkə miqyasında keçirilən etiraz aksiyalarına medianın münasibətini protest etmək məqsədilə bu qərara gəldiyini bildirib.

AzNews.az
Bağla X