Moskva metrosunda yanğın: 34 nəfər xəsarət alıb + VIDEO

Moskva metrosunda baş verən yanğın 1500 sərnişinin evakuasiya edilməsinə səbəb olub.

Baş verən hadisədə 34 nəfər xəsarət alıb. Onların tüstüdən zəhərləndiyi bildirilir.

Rusiya mətbuatının məlumatına görə, kabeldə baş verən yanğın bir neçə saat ərzində metronun hərəkətinə problemlər yaradıb. Metronun hərəkətini yerli vaxtla 13.30-da tam olaraq bərpa edəcəyi bildirilir.



Elnarə
AzNews.az