Aksiyada polis öldü - Türkiyədə

Türkiyədə keçirilən kütləvi etiraz aksiyalarında daha bir ölüm faktı qeydə alınıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu dəfə ölən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Belə ki, iyunun 5-də Adana şəhərində nümayişçilərin dağıdılması zamanı yeni inşa olunan yeraltı keçidə düşən polis komissarı ağır yaralanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az