Rusiya XİN vətəndaşlara xəbərdarlıq etdi

Rusiya Xarici İşlər Nazirliyi Türkiyəyə gedən vətəndaşlarını sayıq və ehtiyatlı olmağa çağırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN Türkiyədə baş verən hadisələrlə əlaqədar bu ölkədə istirahət etməyi planlaşdıran vətəndaşlarından çoxsaylı müraciətlərin daxil olduğunu bildirib:

"Diplomatik missiyalarımızdan aldığımız xəbərlərə əsasən rusiyalı turistlərin istirahət etdiyi bölgələrdə heç bir iğtişaşlar müşahidə olunmur.

Ankaradakı səfirliyimiz, İstanbul, Antalya və Trabzondakı konsulluqlarımız vəziyyəti izləyir. Bununla yanaşı, vətəndaşlarımızı sayıq və ehtiyatlı olmağa, etirazçıların toplaşdığı yerlərdən çəkinməyə çağırırıq".

AzNews.az