İrəvanda Hərbi Komissarlığın şöbə rəisi həbs edildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrəvanın Maştotsk rayon Hərbi Komissarlığının çağırış şöbəsinin rəisi, mayor Artaşes Arşakyan və həmin şöbənin inspektoru Qayane Ayrapetyan rüşvət alarkən həbs edilib.

APA-nın "Novosti Armeniya"ya istinadən xəbərinə görə, A.Arşakyan vətəndaşdan hərbi qeydiyyat haqqında arayış və hərbi bilet verilməsi üçün Q.Ayrapetyan vasitəsilə 1000 dollar rüşvət tələb edərək alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


AzNews.az