15:29
(077) 610-22-33

Gürcüstan yenidən rus dilinə qayıdır

  • >
5 670 8 İyun 2013 17:30 | Region

Gürcüstanın təhsil naziri Georgi Marqvelaşvili rus dilini yenidən məktəb proqramına daxil etmək niyyətindədir.

APA-nın məlumatına görə, bununla belə, nazir dəyişikliyin nə vaxt ediləcəyini və bunun üçün qanunlara dəyişiklik edilməsinə ehtiyac olub-olmadığını açıqlamayıb.

"Rus dili təkcə digər ölkələr - Ermənistan, Azərbaycan, Rusiya, Ukrayna vətəndaşları ilə, eləcə də bütün MDB üçün deyil, ölkə daxilində də ünsiyyət üçün lazımdır. Axı dil – ünsiyyət vasitəsidir, siyasət aləti deyil", - deyə G. Marqvelaşvili bildirib.

Qeyd edək ki, Gürcüstanda rus uşaq bağçaları və məktəbləri 2008-ci ildə - Rusiya-Gürcüstan müharibəsindən sonra bağlanıb.

Münaqişə ilə bağlı Rusiya gürcü məhsullarına embarqo qoyub, Gürcüstan isə məktəb proqramlarından rus dilini çıxarıb.

Hazırda Gürcüstanda orta məktəblərin birinci sinfində ilk xarici dil kimi ingilis dili tədris olunur. İkinci xarici dil isə proqramda 6-cı sinifdən nəzərdə tutulur. Bu qaydalar 2008-ci ildən tətbiq edilir.

AzNews.az
Bağla X