12:05
(077) 610-22-33

Azərbaycanlılar Türkiyəyə getməyə qorxurlar - VİDEO

  • >
645 8 İyun 2013 17:45 | Region

Türkiyədə baş verən hadisələr iqtisadiyyata böyük həcmdə zərər vurub. Müxtəlif sahələri əhatə edən ümumi ziyanın həcmi 1 milyard dolları keçib.


Bu zərərə həmçinin sahibkarların itkiləri də aiddir. Belə ki, aksiyalarda dağıntılar zamanı kiçik və orta sahibkarlıq obyektlərinə xeyli ziyan dəyib. Bunu əsas gətirən sahibkarlar hökumətdən faizsiz kreditlər tələb edib. Aksiyaların vurduğu ziyan təkcə dağıntılarla yekunlaşmır.

Turizmin böyük əhəmiyyət daşıdığı Türkiyədə bu sahəyə dəyən zərər daha böyükdür. Xüsusən İstanbulda yerləşən otellərdə ləğv edilən brounların sayı artmaqdadır.

O cümlədən, dünyanın ən çox turist axınının olduğu Antalya bölgəsində də durğunluq hiss olunur. Baş verən hadisələr Azərbaycandan Türkiyəyə istirahətə getmək istəyənlərin səfərlərinə də təsir edib. Belə ki, Azərbaycandan Türkiyəyə planlaşdırılan səhayətlərin 40%-i ya ləğv edilib, ya da müvəqqəti təxirə salınıb.

Turizm şirkətinin direktoru Elxan Vəliyev bu barədə anspress-ə danışıb: "Bir çox beynəlxalq əhəmiyyətli konfranslar bu hadisələrlə bağlı təxirə salındı. Hətta İstanbula "bal ayı"na getmək istəyənlər səyahəti ləğv etdilər, başqa ölkələrə getdilər".

Türkiyə iqtisadiyyatının 70%-ə yaxın həcmini məhz turizmdən əldə edilən gəlirlər təşkil edir. Amma bir çox ekspertlər son hadisələrin Türkiyənin imicinə mənfi təsirinin daha geniş miqyaslı olduğunu bildirirlər. Məhz bu amil Türkiyə turizm sektorunda gəlirlərin ciddi şəkildə azalmasına səbəb ola bilər.



AzNews.az
Bağla X