03:02
(077) 610-22-33

Moskvada müsəlmanların ibadət evinə basqın

  • >
3 418 8 İyun 2013 20:19 | Region

Aralarında azərbaycanlıların da olduğu 300 müsəlman saxlanılıb




Rusiya paytaxtı Moskvanın Peçatkina rayonunda ibadət evinə polis basqını nəticəsində arasında azərbaycanlıların da olduğu 300 müsəlman saxlanılıb.

Rusiya mətbuatının hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, saxlanalardan 170 nəfəri əcnəbi olub. İbadət evinin yaşayış olmayan evlərdən birində yaradıldığı xəbər verilir.

Axtarış zamanı həmçinin qadağan olunmuş dini ədəbiyyatın da tapıldığı bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının ibadət evinə hansı əsaslarla hücum etdiyi barədə xəbər verilməsə də, bunu ölkədə radikal qruplaşmaların fəaliyyətinin artması və qanunsuz miqrantlara qarşı mübarizə tədbirləri çərçivəsində keçirildiyi istisna edilmir.

Elnarə
AzNews.az
Bağla X