Gürcüstan prezidenti Mixail Saakaşvili NATO və FTB-dən internetdə yerləşdirilmiş Gürcüstanın ünvanına Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etdiyinə görə təhdidlər səsləndirilən videoçarxın müəllif və sifarişçilərini tapmağı xahiş edib. Gürcüstan prezidenti Mixail Saakaşvili NATO və FTB-dən internetdə yerləşdirilmiş Gürcüstanın ünvanına Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etdiyinə görə təhdidlər səsləndirilən videoçarxın müəllif və sifarişçilərini tapmağı xahiş edib.

Saakaşvili xahiş etdi

Gürcüstan prezidenti Mixail Saakaşvili NATO və FTB-dən internetdə yerləşdirilmiş Gürcüstanın ünvanına Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etdiyinə görə təhdidlər səsləndirilən videoçarxın müəllif və sifarişçilərini tapmağı xahiş edib.



Qeyd olunan videoçarxda gürcü hərbçiləri əhl-səlib adlandırılaraq, bütün əhl-səliblərin öldürüləcəyi vurğulanır.

Videoçarx internetdə iyunun 6-da, Əfqanıstanın Hilmənd əyalətində 7 gürcü hərbçinin ölümü ilə nəticələnən partlayışdan üç saat əvvəl yerləşdirilib. Xatırladaq ki, terrorçu-kamikadze mina quraşdırılmış avtomobili hərbi bazanın ərazisində partladaraq 7 gürcü hərbçinin həyatına son qoyub. Partlayış nəticəsində 9 nəfər isə yaralanıb. Hilmənd h

Qeyd edək ki, bu bazada amerikalılar xidmət çəkir, gürcü əsgərlərdən ibarət kiçik dəstə isə bazanın mühafizəsini təmin edir, lakin kamikadzenin hədəfi məhz gürcü hərbçiləri olub.

Əfqanıstanda 1500-dək gürcü hərbçi xidmət çəkir. Rəsmi Tiflis 2004-cü ildən Əfqanıstana hərbçilərini göndərir. Bu müddət ərzində Əfqanıstanda 30-dək gürcü əsgəri həlak olub.

Gürcüstan hakimiyyəti videoçarxı demokratik əsaslara qarşı istiqamətlənmiş saxta adlandırıb.

Gürcüstan prezidenti administrasiyasının rəhbəri Andrey Barnov "videonun Gürcüstana Əfqanıstandan daha yaxın olan qüvvələr tərəfindən hazırlandığına" əmin olduğunu bildirib. (apa.az)

AzNews.az