“Düşmənlərin şahmat oyununu pozmaq lazımdır” “Düşmənlərin şahmat oyununu pozmaq lazımdır”

“Düşmənlərin şahmat oyununu pozmaq lazımdır”

“Düşmənlərin şahmat oyununu pozmaq lazımdır”



APA-nın məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani bildirib. Onun sözlərinə görə, beynəlxalq təzyiqlərin artdığı və iqtisadi problemlərin mövcud olduğu vəziyyətdə bəzi Qərb dövlətlərini idarə edən şəxslər bu il iyunun 14-də İranda keçiriləcək prezident seçkilərinə diqqətlərini yönəldərək təxribat törətməyə cəhd göstərirlər.

Ə. Laricani prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyaları zamanı düşmənlər tərəfindən sui-istifadə olunmasına gətirib çıxaracaq cəhdlərdən qaçmağı tövsiyə ediib.

Spiker deyib ki, seçkilər dini demokratiyanın sütunudur: "Əgər bir ölkədə seçki keçirilməzsə, oradakı sistem çökər. Seçkilər öz ədəb və qaydalarına uyğun təşkil edildiyi zaman xalqın nizama bağlılığı da artar və onlar işləri öz əllərinə almağa daha çox rəğbət göstərər".

Ə. Laricani vurğulayıb ki, ölkədə dinə söykənən populist bir sistem mövcuddur: "Bu sistemin qorunması lazımdır. Bu vəziyyət xalqın seçkilərdə iştirakının artmasına yardımçı olacaq. Seçkilər isə ölkəyə yeni bir enerji və güc verəcək".

AzNews.az