00:33
(077) 610-22-33

İnsan alveri Kiyevdə müzakirə olunur

  • >
307 11 İyun 2013 07:23 | Region




Ukraynanın paytaxti Kiyev şəhərində "İnsan Alverinə qarşı mübarizədə ATƏT-in rolunun artirılması" mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın məqsədi əsas insan hüquq və azadlıqlarının pozulmasına səbəb olan və köləliyin müasir forması kimi qiymətləndirilən insan alveri cinayətinin bütün formalarına qarşı mübarizənin daha effektli aparılmasına nail olumaq, insan alveri qurbanlarının müdafiəsini təmin etmək, insan alverinə şərait yaradan hallara qarşı mübarizənin təmin olunmasına yardım etməkdir.

Azərbaycan nümayəndələrinin də iştirak etdiyi konfransı giriş sözü ilə açan Ukraynanın Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ölkəsinin sədrliyi dövründə insan alverinə qarşı mübarizəyə xüsusi diqqət ayrılacagını və bu sahədə ciddi dəyişikliyə nail olunacagina əminliyini bildirib.

ATƏT-in baş katibi Lamberto Zanyer və bəzi uzv dövlətlərin təmsilciləri giriş məruzələri ilə çıxış ediblər. Azərbaycan Respublikası adından konfransda DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov cixiş edib.

Qeyd edək ki, konfransda ölkəmizi XİN və DİN-in təmsilciləri ilə yanaşı, QHT təmsilciləri - Əlövsət Əliyev, Mehriban Zeynalova və Kəmala Ağazadə təmsil edir.

Konfrans bu gün işini başa catdıracaq.


Elnarə
AzNews.az
Bağla X