- Köhnə - Region
- 12 İyun 2013 11:37
- 2 270
Ərdoğan Taksim aksiyalarını işıqlandıran 4 kanalı cəzalandırdı
AzNews.az-ın türk mətbuatına istinadən xəbərinə görə, RTÜK-dəki AKP-li üzvlərin təklifi və səsləri ilə Türkiyənin Xalq, Ulusal, Cem və Em TV-ləri cəzalandırılıb.
Bu kanallar aksiyalardan yayımladıqları görüntülər və verdikləri xəbərlərlə xalqı qızışdırmaqda günahlandırılıb.
Kanalların hər birinə ötən ay əldə etdikləri reklam gəlirlərinin 2 faizi həcmində pul cəzası kəsilib.
Anar
AzNews.az