Həsən Ruhani İranın yeni prezidentidir. Həsən Ruhani İranın yeni prezidentidir.

İranın yeni prezidenti: Həsən Ruhani

Həsən Ruhani İranın yeni prezidentidir.



Məlumata əsasən, Həsən Ruhani 18 613 329 səslə (50.07) qalib gəlib.
Sonrakı yerləri müvafiq olaraq, Baqir Qalibaf (6 077 292 səs), Səid Cəlili (4 168 946 səs), Möhsin Rzayi (3 884 412 səs), Əli Əkbər Vilayəti (2 268 753 səs) və Məhəmməd Qərəzi (446 015 səs) tuturlar.

Həsən Ruhani 1999-cu ildən Ekspertlər Şurasının üzvü, 1991-ci ildən Məqsədəuyğunluq Şurasının üzvü, 1989-cu ildən Ali Milli Təhlükəsizlik Şurasının üzvü olub, 1992-ci ildən isə Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsini tutub.

Ruhani, həmçinin 1989-2005-ci illər ərzində İslam Məsləhət Şurasının vitse-spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.

AzNews.az