İranda seçkinin nəticəsinə beynəlxalq reaksiyalar

Azərbaycan prezidenti İlham Əliyev də Hassan Rohanini prezident seçilməsi münasibəti ilə təbrik edib.

ABŞ İranda seçkinin nəticələrinə hörmətlə yanaşdığını və Tehranın nüvə proqramı üzərində işləmədiyinə əmin olmaq üçün yeni prezidentlə birbaşa əlaqələr qurmağa hazır olduğunu bəyan edib.

Həmçinin Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton birliyin bu məsələnin həllində Hassan Rohani ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Fransanın xarici işlər nazirliyi də İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həllində Rohani ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

BMT-nin baş katibi Ban Ki Moon da İranın regional və beynəlxalq məsələlərin həllində əməli rol oynayacağına ümidlə yanaşdığını bildirib.

Böyük Britaniyanın xarici işlər nazirliyi isə yeni İran prezidentini ölkəni başqa yolla aparmağa çağırıb.

Rusiya prezidenti Vladimir Putin Rohanini Moskva ilə əlaqələri dərinləşdirməyə çağırıb.

İsrailin baş naziri Benjamin Netanyahu isə beynəlxalq aləmi nüvə proqramından əl çəkmək üçün İrana qarşı təzyiqləri davam etdirməyə çağırıb.

O bu gün nazirlər kabinetinin iclasında bildirib ki, İranda nisbətən mötədil siyasətçi Hassan Rohaninin yeni prezident seçilməsinə baxmayaraq bu məsələdə geri çəkilmək olmaz (azadliq.org).

AzNews.az