Taksimdə “Əl-Cəzirə“nin jurnalistləri döyüldü

Dünən Türkiyədə yerli polis "Əl-Cəzirə" jurnalistinə fiziki təzyiq göstərib.


"Reuters"in verdiyi məlumata görə, dünən Taksimdə 30-a yaxın polis ölkədə baş verən mitinqlərdən reportaj hazırlayan operatoru və jurnalisti ölümcül döyüblər.

"Reuters"in xəbərinə görə, jurnalistlərin ölkədə zorakılığa məruz qalması beynəlxalq təşkilatları özündən çıxarıb. Beynəlxalq İnsan Hüquqları Müdafiəsi təşkilatının verdiyi məlumata görə, Türkiyə hökuməti baş verən olayları dayandırmalı və ölkədəki zorakılığa son qoymalıdır. Əks halda Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi istisna edilmir.

Aynur Hüseynova
AzNews.az