“Bu mövzu artıq məni bezdirib“

Rusiyalı keçmiş idmançı Rusiya prezidenti ilə münasibətlərindən danışıb


Rusiyalı keçmiş idmançı Alina Kabayeva ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə aralarında gəzən söz-söhbətə aydınlıq gətirib.Bu mövzudan və şəxsi həyatının bu qədər müzakirə edilməsindən bezdiyini deyib:

"Bu mövzu artıq məni bezdirib. Bu ki mənim şəxsi həyatımdır, buna qarışmağa heç kəsin ixtiyarı yoxdur. Siz mənin Vladimir Putinlə mümkün münasibətlərim haqqında soruşursunuz? Sizin sübutunuz var? Yox. Elə isə gəlin bu mövzunu bağlayaq. Əgər bizim aramızda nəsə olsa, onu gələcək nəsillər 50 ildən sonra öyrənəcək."

Qeyd edək ki, bu ayın 6-da Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina rəsmi şəkildə ayrıldıqlarını elan etmişdilər.

Xatırladaq ki, mətbuatda Vladimir Putinin idmançı ilə sevgi münasibətlərinin olması və hətta Kabayevanın Putindən iki uşağı-oğlu və qızı olması haqqında yazılar gedib.


AzNews.az