İran Türkiyəni parçalamaq üçün xüsusi plan hazırlayıb- Şok

Bu plan ələvi dərnəkləri tərəfindən həyata keçirilir


Türkiyədəki Türkmən Ələvi-Bektaşi Dərnəyinin Başqanı Özdemir İranı Türkiyədə sünni-ələvi qarşıdurması yaratmağa çalışmaqda ittiham edib. Dərnək başqanının sözlərinə görə, İran artıq 3 ildir ki, bu plan üzərində işləyir:

"Bu fəaliyyət İstanbul, Ankara ve İzmirdə üzərində "ələvi dərnəyi" yazılan qurumlar tərəfindən aparılır. Bu dərnəkler 3 ildə 700 ələvi dədəsini İrana aparıb. Dədələr əvvəlcə İnqilab Keşikçiləri Ordusu (SEPAH) komandirləri ilə, daha sonra isə ali dini rəhbər Əli Xameneyi ilə görüşdürülüb".

Anadolu ələviliyi ilə İran şiəliyinin bağlantısının olmadığını deyən dərnək başqanı İranın ələvi dərnəyi adı altında Türkiyəni parçalamağa çalışan qurumlar yaratdığının vurğulayıb: "İran İstanbul, Ankara və İzmirdə son 3 ildə 3 dərnək və 1 vəqf yaradıb. Etdikləri iş Türkiyədəki ələvi dədələrini İranın Qum şəhərinə aparmaq və öz planlarına alət etmək olub".

Aydəmir İranın ələvi uşaqları yetişdirərək Türkiyədəki "cəm evlərinə" "dədə" kimi göndərmək planının da olduğunu bildirib: "Artıq bu çərçivədə bir nəfər İzmirdəki cəm evində işə başlayıb".

Elnarə
AzNews.az