Ərdoğan qızına ayda 25 min avro maaş verir

Atasına müşavirlik xidməti qarşılığında ayda 25 min avro maaş alır



İtaliyanın "La Repubblica" qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Erdoğanın atasına müşavirlik xidməti qarşılığında ayda 25 min avro maaş aldığını yazıb.

"Gənc türklərin düşməni Ərdoğan" başlıqlı məqalədə baş nazirin özünü sultan kimi apardığı xüsusi olaraq vurğulanıb.
Qəzetin yazdığına görə, AKP başqanının müşaviri vəzifəsini icra edən S.Ərdoğan ayda 25 min avro maaş alır.

AKP qəzetdə çıxan məqaləyə etiraz edərək Süməyyə Ərdoğanıın partiyadakı müşavirlik xidmətinin qarşılığında maaş almadığını bildirib.

Elnarə
AzNews.az