Ərdoğan şagirdləri hədəfə aldı: Məktəblərdə Gezi yoxlaması

Aksiyalarında iştirak edən müəllim və şagirdlərin adları dəqiqləşdirilir


Türkiyənin Təhsil Nazirliyi Gezi parkı aksiyalarına qatılan şagird və müəllimləri müəyyən etmək üçün məktəblərdə yoxlamalar keçirəcək. Bununla bağlı artıq təhsil idarələrinə təlimat göndərilib. Təlimatda Gezi parkı aksiyalarında iştirak edən müəllim və şagirdlərin adlarının nazirliyə bildirilməsi tələb olunur.

Türkiyənin "Hürriyət" qəzetinin məlumatına görə, həmin müəllim və şagirdlərin adları tam dəqiqləşdirildikdən sonra həmin müəllimlərlə bağlı araşdırma aparılması istisna edilmir.

Artıq Təhsil-İş Qurumunun başqanı Vəli Dəmir belə bir təlimatın göndərildiyini təsdiqləyərək, nazirliyin qorxu siyasəti yürütdüyü bildirib.
Müəllim və şagirdlərin bu aksiyalarda iştirakının onların da haqqı olduğunu deyən Vəli Dəmir təlimatın yanlış verildiyini vurğulayıb: "Bu qərarı qınayırıq. Geri addım atmayacağıq. Aksiyada iştirak etmək müəllimin ən demokratik haqqıdır. Dövlət məmurları qırıb tökmədikləri təqdirdə hər cür yolla öz demokratik tələblərini irəli sürə bilərlər. Təhsil nümayəndələri olaraq biz də meydanlarda idik. Ölkədə qorxu siyasəti yürüdülür. Haqqının axtaranların üzərinə hücum edirlər. Bu çox yanlışdır. Hansısa araşdırma aparılacaqsa öncə İstanbul valisi və polis rəisi haqqında araşdırma aparılsın".

Elnarə
AzNews.az