İran 5 ilə nüvə reaktorunu istifadəyə verəcək

Şiraz şəhərində nüvə reaktoru zavodunun tikintisi üçün artıq yer ayrılıb.


Bu Şirazın şimalında 80 hektarlıq bir ərazidir. Bunu İranın Atom Enerjisi Təşkilatının sədri, ölkənin vitse-prezidenti Firudin Abbasi deyib. Trend-in məlumatına görə, bu barədə asriran.com xəbər saytı məlumat verir.

Abbasinin sözlərinə görə, tezliklə tikinti işlərinə başlanılacaq bu zavoda İranın özü tərəfindən sərmayə yatırılacaq və yaxın 5 il ərzində zavod istifadəyə veriləcək.

Abbasinin sözlərinə görə, radio dərmanlar istehsal etmək qabiliyyətinə malik olacaq bu reaktordan nüvə yanacağı sənayesində istifadə olunacaq.

Bundan öncə İranın Fars əyalətinin qubernatoru Hüseyn Sadiq Abidin də Şiraz şəhərinin Zarqan qəsəbəsində nüvə reaktoru tikiləcəyini bəyan etmişdi.

AzNews.az