20:15
(077) 610-22-33

Əsəd BMT-yə məktub yazdı

  • >
386 22 İyun 2013 13:08 | Region

Suriya rejimi Türkiyə, Səudiyyə Ərəbistan, Qətər və Misiri terrorist adlandırdığı müxalifəti dəstəklədiyi və "regionda sülh və təhlükəsizliyi təhlükə altında qoyma" iddiası ilə BMT-yə şikayət edib.Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasına şikayət məktubu göndərib.

Məktubda bildirilir ki, bir çox ölkədəki müsəlman din alimləri insanları terrora təşviq edirlər. Nazirlik Dünya Müsəlman Alimlər Birliyinin rəhbəri Yusif Əl Qardavi, Səudiyyə Ərəbistanlı vaiz Məhəmməd Əl Ureyfi və Əbdüləziz Abdullah Əli Əş Şeyx, Misir Sünni Alimlər Birliyinin rəhbəri Safvet Hicazi, Misirli vaiz Məhəmməd Hassan, Küveytli Şafi Sultan əl-Acemi kimi şəxslərin adını çəkərək, onların Əl Qaidə terror təşkilatına və digər buna bənzər təşkilatlara xidmət etdiyini iddia edib. Suriya rejimi şikayət məktubunda həmin din adamlarının arxasında Türkiyə, Qətər, Səudiyyə Ərəbistan və Misirin olduğunu bildirib.//azvizion.az//

AzNews.az
Bağla X