Millət vəkili qızının toyuna sabiq prezidenti çağırmadı

İyunun 27-də Yerevandakı "Paravon" biznes mərkəzindəki restoranda dəbdəbəli toy olacaq

Evlənənlər Ermənistan parlamentinin deputatı Manvel Badeyanın qızı və "Bars" şirkətlər qrupunun direktoru Marina Çatinyanın oğludur.

Milli.Az "Haykakan Jamanak"a istinadən bildirir ki, Marina Çatinyanın böyük oğlu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın qızı ilə evlidir.

"Ailələrdən verilən açıqlamaya görə, Robert Köçəryan xaricdə olduğu üçün toyda iştirak etməyəcək. Amma deyəsən, prezident Serj Sarkisyanın göstərişi ilə R.Köçəryan toya çağırılmayıb", - qəzet yazıb.

Toydakı qonaqlar arasında Ermənistan prezidenti Serj Sarkisyan və "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan da var.

AzNews.az