04:02
(077) 610-22-33

İstanbul polisi yenidən etiraz aksiyasını dağıdıb

  • >
300 23 İyun 2013 07:09 | Region

Polis İstanbulun mərkəzindəki Taksim meydanına yenidən toplaşan minlərlə etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib.


Ötən axşam minlərlə insan polislə toqquşmalarda bir müddət əvvəl həlak olmuş üç etirazçının xatirəsini yad etmək üçün Taksim meydanına toplaşıb.

Məlumata görə, aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirərək polis əməkdaşlarına qərənfil atıblar.

Qeyd edək ki, mayın 31-də polis Gəzi parkının yenidən qurulmasına qarşı çıxış edənləri sərt şəkildə dağıtdıqdan sonra Türkiyənin əksər şəhərlərini etiraz aksiyaları geniş vüsət alıb.

AzNews.az
Bağla X