00:29
(077) 610-22-33

Ərdoğana sürpriz- VİDEO

  • >
523 23 İyun 2013 09:49 | Region

Baş nazir danışarkən göydə üzərinə "Yedirmərik" yazılmış paraşüt peyda olub


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində "Milli iradəyə hörmət" silsiləsindən növbəti mitinqini keçirib. Baş nazir mitinqdəki çıxışı vaxtı sürprizlə qarşılaşıb.

Bu, Ərdoğanın Taksimdə keçirilən yeni "Bikinili aksiya"nı tənqidi vaxtı baş verib. Baş nazir kürsüdə danışarkən göydə üzərinə "Yedirmərik" (Yedirmeyiz) yazılmış paraşüt peyda olub. Çıxışını dayandıraraq bir müddət paraşütə baxan baş nazir pilotu salamlayaraq çıxışına davam edib.

Xatırladaq ki, Türkiyənin baş naziri üçün deyilmiş "Yedirmərik" sözünün müəllifi Ərdoğanın baş müşaviri Yalçın Akdoğandır.



AzNews.az
Bağla X