11:27
(077) 610-22-33

İranda 4 nəfər edam edilib

  • >
196 24 İyun 2013 07:42 | Region

İranda 4 nəfər edam edilib.

APA-nın məlumatına görə, onlar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Edamlardan biri Şəhrikord şəhərinin meydanlarından birində ictimaiyyətin gözü qarşısında yerinə yetirilib. Digər üç məhbus isə Şəhrikord şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər. Onlardan birinin qadın olduğu bildirilir. Edam olunanların ad və soyadları açıqlanmayıb.

Qeyd edək ki, İran edamların sayına görə Çindən sonra ikinci yerdədir.

AzNews.az
Bağla X