09:00
(077) 610-22-33

Ermənistan və Rusiya hərbi-texniki sahədə ikitərəfli sənədlər imzaladılar

  • >
325 25 İyun 2013 13:56 | Region

Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Bunu Yerevanda jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

O bildirib ki, iki ölkə arasında starteji münasibətlər mövcuddur. Patruşev qeyd edib ki, hər iki ölkənin təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumları plan əsasında işləyirlər və 2013-cü ildə cari plan yekunlaşır.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan isə deyib ki, bu gün tərəflər arasında beş müxtəlif saziş və müqavilə imzalanıb və imzalanan sənədlər gələcək əməkdaşlıq üçün zəmin yaradır.

Patruşevin Ermənistana səfəri çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması başa tutub. Belə ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin ilə hərbi-texniki əməkdaşlığın inkişafı barədə müqavilə imzalayıb.

Rusiya dövlət sərhədinin təşkil edilməsi üzrə Federal Agentlik və Ermənistan Milli Təhlükəsizlik Şurası Aparatı arasında dövlət sərhədləri və dövlət sərhədləri vasitəsilə keçid məntəqələrinin infrastrukturnun təşkil edilməsi sahəsində qarşılıqlı fəaliyyət və məlumat mübadiləsi haqqında saziş bağlanıb.

Danışıqların yekunu üzrə iki ölkənin Təhklükəsizlik şuralarının katibləri arasında müvafiq protokol imzalanıb. Bundan başqa, kosmonavtika və seysmologiya sahələrində saziş imzalanıb.//trend//

AzNews.az
Bağla X