Erməni kommunistlərdən ağıllı silah bəyanatı

Ermənistan Kommunist Partiyası Rusiyanın Azərbaycana silah satması ilə bağlı bəyanat verib.

Bəyanatda bildirilir ki, Rusiyanın Azərbaycana silah satması Ermənistana qarşı yönəlməyib.

KP-nın Mərkəzi Komitəsinin katibi Ruben Tovmosyanın sözlərinə görə, Rusiya təkcə Azərbaycan yox, bütün dünyaya silah satır: "Elə düşünmək lazım deyil ki, bu addım Ermənistana qarşı yönəlib. Unutmaq olmaz ki, Rusiya bizim ən etibarlı tərəfdaşımızdır".

Elnarə
AzNews.az