18:51
(077) 610-22-33

“Baş nazir öldürülüb, yoxsa bədbəxt hadisə olub?“

  • >
209 27 İyun 2013 15:36 | Region

Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanın öldürülüb-öldürülmədiyi tezliklə məlum olacaq.

Bu barədə ölkənin baş prokuroru Arçil Kbilaşvili açıqlama verib. Onun sözlərinə görə, istintaq dalana dirənməyib, əksinə irəliləyir.

"Hələlik bu məlumatın açıqlanmasını məqsədəuyğun hesab etmirəm, lakin bütün suallara cavab veriləcək. Siz bu gün ictimaiyyəti narahat edən və maraqlandıran suala dəqiq cavab ala biləcəksiniz. Yəni sabiq baş nazir öldürülüb, yoxsa bədbəxt hadisə olub", - deyə o bildirib.

Xatırladaq ki, Gürcüstanın sabiq baş naziri Zurab Jvaniya 2005-ci il fevarlın 3-də gecə saatlarında ölü tapılmışdı. İstintaqın ilkin verdiyasına görə, keçmiş hökumət başçısının ölümünə bədbəxt hadisə səbəb olub. O və tanışı buxarlanmayan qızdırıcı cihazdan çıxan dəm qazından zəhərləniblərmiş. Lakin bir sıra müxalifət partiyaları sabiq baş nazirin ölümü haqda verilən rəsmi versiyaya inanmırlar. (anspress)

AzNews.az
Bağla X