CNN-ə “Gezi parkı“ etirazı

Gezi parkı ilə əlaqədar yayımladığı materiallarla bağlı CNN-ə qarşı etiraz aksiyası keçiriləcək. Etiraz aksiyasını "Böyük oyunu pozmağa, Nyu-York irəli tarix yazmağa" şüarı ilə bu şəhərdəki türk icması təşkil edir.

Məlumatda deyilir ki, aksiya bu gün saat 13:00 CNN-in 59-cu küçədəki binasının qarşısında baş tutacaq.

Türk icmasının aksiya ilə bağlı yaydığı açıqlamada deyilir ki, Türkiyənin ləkələnməsi üçün uzun saatlar ərzində canlı yayınlar həyata keçirən və hələ də Türkiyə haqqında mənfi xəbərlər yayan CNN-ə qarşı birlik və bərabərlik içində səsimizi eşitdirək.

Qeyd edək ki, bir müddət əvvəl "Hər şey Türkiyə üçün" platforması tərəfindən keçirilmiş aksiyada CNN yayınları tənqid edilib və televiziyanın Nyu-Yorkdakı binası qarşısına qara çələng qoyulub.//trend//

AzNews.az