Xəzər dənizində hərbi təlimlər keçiriləcək

Rusiya və İran Xəzər dənizində birgə hərbi təlimlər keçirmək qərarı verib.

Modern.az bildirir ki, bu barədə Rusiyanın Xəzər dəniz donanmasının komandan müavini Nikolay Yakubovski açıqlama verib.

Onun sözlərinə görə, Rusiya və İran hərbi dəniz qüvvələri birgə təlimi 2013-cü ilin ikinci yarısında keçirməyi planlaşdırırlar. Bu xəbər ilk olaraq Həştərxana səfər edən İranın Hərbi dəniz Qüvvələrinin raketdaşıyan gəmilər üzrə qrup komandiri Məhəmmədhəsən Azarpekanla görüşdən sonra açıqlanıb. Rusiyaya qeyri-rəsmi səfərə gələn iranlı həmkarı ilə görüş zamanı birgə təlimin detalları müzakirə edilib.

"Limanlara giriş və hərbi təlim ilin ikinci yarısı üçün keçirilməsi planlaşdırılıb"-deyə Yakubovski bəyan edib.

İran nümayəndə heyətinin rəhbəri öz növbəsində birgə hərbi təlimlərə böyük maraq göstərdiklərini bildirib və əlavə şərh verməyib. "İran Rusiya donanması ilə əməkdaşlığı dəstəkləyir"-deyə Azerpekan bildirib.

AzNews.az