19:18
(077) 610-22-33

Gürcüstanda erməni fəalın qardaşı da həbs edildi

  • >
179 29 İyun 2013 12:37 | Region

Gürcüstanda 2008-ci ildə silah gəzdirmə və ölkədə iğtişaş hazırlama ittihamı ilə həbs olunmuş erməni aktivist Vahan Çaxalyanın qardaşı Armen Çaxalyan həbs edilib.

APA-nın "Qruziya Online" portalına istinadən verdiyi məlumata görə, Armen Çaxalyanın Axalkələkdə qarışıqlıq yaratdığına görə həbs olunduğu bildirilib. Erməni aktivisti qara maskalı polis xüsusi təyinatlıları həbs edib.

Qeyd edək ki, V. Çaxalyan Gürcüstanda qarışıqlıq yaratmağa cəhd, eləcə də silah daşınması və s. ittihamlarla 2008-ci ildə saxlanaraq 10 il müddətinə həbs cəzasına məhkum olunub.

O, baş nazir Bidzina İvanaşvilinin baş nazir seçilməsindən sonra 2013-cü ilin yanvar ayının 24-də amnistiyaya düşərək həbsdən azad edilib.

V. Çaxalyanın həbsdən azad olunmasına görə prezident Mixeil Saakaşvili B. İvanaşvilini sərt tənqid edib.

AzNews.az
Bağla X