Putin: NATO Əfqanıstandan çıxmamalıdır

"NATO qoşunları öz işlərini görüb qurtarana kimi Əfqanıstanda qalmalıdır". Bu sözləri Rusiya prezidenti Vladimir Putin, 2014-cü ilə qədər NATO qoşunlarının Əfqanıstanı tərk etməsi planını dəyərləndirərkən səsləndirib. AzNews.az saytının reuters.com-a istinadən yaydığı məlumata görə, Putin Ulyanovsk şəhərində desantçılarla keçirilən görüşdə bu əməliyyatda iştirak edən ölkələrin tezliklə oradan çıxmaq istəməsini acınacaqlı hal kimi qiymətləndirib.

Vasif

AzNews.az