Keçmiş nazir müavini ölü tapıldı

Tiflisdə naməlum şəraitdə Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Georgi Qomiaşvili vəfat edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Qomiaşvilinin cəsədi Tiflisdəki mənzilində tapılıb. Hüquq-mühafizə orqanları rəsmi olaraq diplomatın ölümünün şərtlərini şərh etməsələr də, Qomiaşvilinin qohumlarının fikrincə, o intihar edib. Faktla bağlı cinayət işi açılıb. "12 stul" filmində baş rolu oynamış məşhur gürcü aktyoru Arçil Qomiaşvilinin nəvəsi olan Georgi Qomiaşvili 2005-ci Gürcüstan xarici işlər nazirinin müavini vəzifəsini tutub. XİN-dən ayrılandan sonra Qomiaşvili bizneslə məşğul olub.


AzNews.az