Erməni nazir həmsədrlərlə görüşdü

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşiki qəbul edib.

Trend-in verdiyi məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişin mümkün yollarını müzakirə ediblər.

Həmsədrlər E.Nalbandyanla Bakıda keçirdikləri görüşlərin təəssüratlarını bölüşüblər.

Vasitəçilər, həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili imkanlarını müzakirə ediblər.

AzNews.az