16:02
(077) 610-22-33

Ankara Valiliyindən “Xocalı soyqırımı muzeyi” ilə bağlı açıqlama

  • >
506 6 Noyabr 2013 12:22 | Region

"Bu qərarı Türkiyənin Xarici İşlər Nazirliyi verib"


Türkiyənin "Hürriyət" qəzetinin yaydığı məlumata görə, Azərbaycan hakimiyyətinin dəstəyi ilə Kızılcahamam Bələdiyyəsinin yaratmaq istədiyi "Xocalı soyqırımı muzeyi"nin adına Ankara Valiliyi icazə verməyib. İddiaya görə, Ankara Valiliyi bunu "soyqırım" kəlməsinin istifadəsinin diplomatik problemlər yaratması ilə izah edib.

Bu etirazdan sonra bələdiyyə muzey üçün yeni ad axtarmağa başlayıb.

"Axar. az"-ın əməkdaşı məlum qərarla bağlı Ankara Valiliyi ilə əlaqə saxlayıb. Əməkdaşımızın "Xocalı Soyqırımı muzeyi"ndə "soyqırım sözünün rədd edilməsinin hansı zərurətdən irəli gəldiyinə Valiliyin nümayəndəsi cavab verib:

"Bu bizim qərarımız deyil. Muzeyin adlandırılması ilə bağlı bizə olunan müraciəti Tükiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə ünvanlamışıq. Bu qərarı da onlar verib. Bizim bu adlanmada heç bir səlahiyyətimiz və görə biləcəyimiz işlər yoxdur. Xarici işlər Nazirliyin qərarı isə diplomatik sorunlara görədir. Dediyim kimi, bu qadağanı Valilik etməyib. Sadəcə nazirlik dedi ki, bu muzeyin adı diplomatik problemlər yarada bilər".
xatırladaq ki, Ankaranın valisi Alaaddin Yüksəl, Kızılcahamam ilçəsinin bələdiyyə başqanı Coşqun Ünaldır.


AzNews.az
Bağla X