03:08
(077) 610-22-33

Rıjkov Ermənistana blokadadan qurtarmaq yolunu göstərdi

  • >
537 6 Noyabr 2013 19:08 | Region

Rusiya Federasiya Şurasının komitə sədri Nikolay Rıjkov bu gün səfərdə olduğu İrəvanda Ermənistanın blokadadan qurtarılması yollarından danışıb.

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, 1985-1990-cı illərdə Qorbaçovun ermənipərəst rejimində Nazirlər Sovetinin sədri vəzifəsini tutmuş, yanlış siyasət nəticəsində SSRİ-ni maliyyə böhranına sürükləmiş yüksək çinli sovet məmurunun fikrincə, Ermənistanın xilas yolu Abxaziya dəmir yolunun bərpasından keçir.

Onun sözlərinə görə, Rusiyanın patronajı altında yaradılan Gömrük İttifaqı Ermənistanla dəmir yolu əlaqəsini bərpa etməyə çalışacaq və əgar bu baş verərsə, vəziyyət prinsipal şəkildə dəyişəcək: "Misal üçün, bu gün Ermənistan hər il Rusiyadan yarım milyon ton taxıl alır. Həmin taxıl Novorossiyskdə gəmiyə doldurulur, Potidə boşaldılır və Ermənistana daşınır. Mütəxəssislər hesablayıb ki, əgər burada birbaşa dəmir yolu olarsa, hər tonda $23-a qənaət etmək mümkündür".

Lakin erməni jurnalistlər ondan bunun hansı müddətə gerçəkləşəcəyini soruşduqda isə Nikolay Rıjkov çətin vəziyyətə düşüb. Onun sözlərinə görə, dəmir yolunun 80 kilomtetrlik sahəsi tam dağıdılıb və minalanıb, körpülər uçub. Yəni yolun bərpası üçün yetərincə böyük vəsait lazımdır. Rıjkovun sözlərinə görə, Gürcüstanın özü də bu məsələyə hazır deyil:

"Qiymət mürəkkəb və bahalı olsa da, əsas məsələ deyil, əsas məsələ bərpa üzrə siyasi qərarın qəbul edilməsidir. Bu məsələdə Gürcüstan sərt mövqe tutur, onun ərazisinidən keçən dəmir yolunu bərpa etməyə imkan yaratmır",- deyə Nikolya Rıjkov vurğulayıb.

Yəni hər şey aydındır, məsələni şərh etməyə ehtiyac yoxdur.

AzNews.az
Bağla X