Əfqanlara məxsus antik əşyalar qayıtdı


Bütün oğurlanan antik əşyalar Birləşmiş Krallığa məxsus aviaşirkətlər vasitəsiylə daşınıb

800 dən çox Əfqanıstana məxsus antik əşyalar Kabul milli muzeyinə qaytarılıb. Bu işdə onlara Britaniya polisi yaxından kömək edib. AzNews.az euronews.com saytına istinadən xəbər verir ki, bütün oğurlanan antik əşyalar Birləşmiş Krallığa məxsus aviaşirkətlər vasitəsiylə daşınıb. Polis müəyyənləşdirib ki, antik əşyalar avropa ölkələrinə müxtəlif yollarla daxil olub. Onların bəziləri sırf qaçaqmal olduqları halda bəziləri anonim dillerlər tərəfindən müxtəlif muzeylərin adından satın alınıb.

Qeyd edək ki, antik əşyaların əksəriyyəti 1990- cı il vətəndaş müharibəsi zamanı Əfqanıstandan oğurlanıb və qara bazarda özünə yer tapıb. Bir zamanlar Mərkəzi Asiyanın ən böyük antik əşyalar kollleksiyasına sahib olan Kabul milli muzeyi bu müddət ərzində ekspanatlarının üçdə ikisini itirib. Taliban hakimiyyəti dövründə də muzeylərə böyük zərər dəyib. Bir çox qeyri islami antik əşyalar məhv edilib.


Sadiq

AzNews.az