«Ölkə adı çəkmək bizə çətinlik törədə bilər» «Ölkə adı çəkmək bizə çətinlik törədə bilər»

Ərdoğan: «Qərbdə PKK-nı dəstəkləyənlər var»

«Ölkə adı çəkmək bizə çətinlik törədə bilər»


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə kanallarından birində canlı yayımda maraqlı açıqlama verib. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən ölkədə 8 nəfərin şəhid olmasından danışan nazir bildirib ki, Qərb ölkələri arasında da terrora dəstək verənlər var. "Ölkə adı çəkmək bizə çətinlik törədə bilər. Ancaq Türkiyə yaxşı bilir ki, terrorçular kimlər tərəfindən dəstəklənir. Qərbdə da PKK-ya dəstək çıxanlar var". Ərdoğan onu da vurğulayıb ki, ölkə daxilində və xaricində bir çox media mənsubları da da terror təşkilatına dəstək olmağa davam edir.


Mirvari Nəcəf

AzNews.az