Yeni “Kainat gözəli” seçildi - FOTOLAR (VİDEO)

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarov və oğlu Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Kainat gözəli-2013" müsabiqəsi başa çatıb.


AzNews.az xəbər verir ki, kainat gözəli Venesueladan olan Qabriela İsler olub. Ona 120 min dollar dəyərində tac hədiyyə olunub.

Dünyanın müxtəlif ölkələrindən 86 gözəlin iştirak etdiyi müsabiqənin final mərasimi Ağalarov ailəsinə məxsus "Krokus Siyi Holl"da baş tutub.

Yeni kainat gözəlinin 25 yaşı, 180 sm boyu var. O rəqs etməyi bacarır və televiziyada işləyir. Bununla belə o, analığı ən müqəddəs vəzifə hesab edir. Qabrielanın devizi belədir: "Qadının ayağa qalxa bilməyəcəyi uğursuzluq yoxdur".

Müsabiqədə ikinci yeri 23 yaşlı ispan gözəli Patrisiya Rodriqes, 3-cü yeri isı 22 yaşlı ekvadorlu Konstansa Baes tutub.



Elnur
AzNews.az
image description image description image description image description image description image description