03:42
(077) 610-22-33

Putin: “Heç kəs qanundan yuxarıda olmamalıdır“

  • >
497 10 Noyabr 2013 21:07 | Region

Rusiya prezidenti Vladimir Putin Şimali Qafqazdakı vəziyyət barədə danışıb.


Vladimir Putin daxili işlər orqanlarının əməkdaşlarının peşə bayramını təbrik edən zaman Şimali Qafqazdakı stuasiyanın nəzarət altında saxlanılmasının vacibliyini vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, ölkədə məhkəmə və hüquq-mühafizə orqanlarında qanun-qayda yaratmaq üçün bir çox islahatlar aparılıb:

"Amma postda çalışanlar qanunları pozmaq statusuna malik deyillər. Heç kəs qanundan yuxarıda olmamalıdır. Vəzifə səlahiyyətlərini icra edən zaman qanunla hərəkət edilməlidir, kimliyindən asılı olmayaraq, şəxsin şərəf və ləyaqəti alçadılmamalıdır. Bu dəyərlər Rusiya konstitusiyasında təsbit edilib. İnanıram ki, polis əməkdaşları fəaliyyət sahəsində vicdanlı olacaq".

Daha sonra Putin DİN-in öz fəaliyyət sahəsində lazımı işləri görüb, vətəndaşları narahat edən özbaşnalıqlara və qanunsuz hallarını qarşısını almalı olduğunu deyib.(anspress)

Bağla X