14:41
(077) 610-22-33

Millət vəkilinin kortejində qəza - ölən var

  • >
882 10 Noyabr 2013 21:15 | Region

Erqani mahalında AK Partiya Diyarbəkir millət vəkili Mina Nataraz Bəyazın avtomobili karvanında maşınlardan birində yaranan nasazlıq nəticəsində yol qəzası baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb.

Çermik mahalından Diyarbəkirə dönən AK Partiyalı millət vəkili Bəyazın kartejindəki avtomobillərdən birini idarə edən Mədət Aydın qəzaya uğrayıb. Qəzada yaralanan sürücü Aydın Mədət, İrfan Avşar və Mehmet Cüneyd Güngör Diyarbəkir Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Yaralılardan Güngör bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Digər 2 yaralının vəziyyətinin yaxşı olduğu bildirilib.

Qəzanın ardından vali Mustafa Cahid Kıraç, AK Partiya Diyarbəkr millət vəkilləri Mehmet Süleyman Həmzəoğulları və Oya Eronat ilə Təhlükəsizlik rəhbəri Rəcəb Güvən Diyarbəkr Təhsil və Araşdırma Xəstəxanasına gəlib. Kədərli görünən millət vəkili gözyaşlarını saxlaya bilməyib.

axar.az
Bağla X