Nazir müavini qətlə yetirildi

Tehranda İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Səfdər Rəhmətabadi bazar günü öldürülüb. Trend bu barədə məlumat verir.

İran KİV-nin məlumatına görə, o, öz avtomobilində olarkən naməlum şəxs tərəfindən güllələnib.

Qatil başa və sinəyə güllə atıb.

Polisin məlumatına görə, atəş maşının içində açılıb.

"Dəlillər göstərir ki, atəş açmaqdan əvvəl, qatil Rəhmətabadi ilə avtomobildə söhbət edib", - polis zabiti deyib.

AzNews.az