08:40
(077) 610-22-33

İlham Əliyev Türkiyə Aerokosmik Sənayesi Şirkətində - FOTO

  • >
158 12 Noyabr 2013 21:22 | Region

Noyabrın 12-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Abdulla Gül Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olublar.

"AzərTAc"-ın verdiyi xəbərə görə, Azərbaycan və Türkiyə prezidentləri əvvəlcə şirkətin uçuş qülləsindən "HÜRKUŞ" əsas təlim təyyarəsinin və "T129" hücum helikopterinin təlim uçuşlarını izləyib.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 1984-cü ildə təməli qoyulan və Amerika-Türkiyə birgə layihəsi olan Türkiyə Aerokosmik Sənayesi Şirkəti isə Türkiyə Hava Qüvvələrinin tələbatını ödəmək məqsədilə fəaliyyətə başlayıb. İlk vaxtlarda əsas məqsəd "F-16"ların istehsalına başlamaqla döyüş təyyarələrini hava qüvvələrinin istifadəsinə vermək idi. 2005-ci ildə şirkətin bütün payları türk hissədarlara keçib və burada geniş yenidənqurma işləri aparılıb. Hazırda şirkət özündə 5 əsas strateji iş mərkəzini birləşdirir.

Prezident İlham Əliyev "HÜRKUŞ" təlim təyyarəsinin texniki göstəriciləri ilə tanış olub. Dövlət başçısına, həmçinin "T129" hücum helikopterinin texniki göstəriciləri barədə də məlumat verilib.

Qeyd olunub ki, Türkiyə Aerokosmik Sənayesi Şirkətinə daxil olan müəssisələr 274 min kvadratmetri qapalı olmaqla, ümumilikdə 5 milyon kvadratmetr sahəni əhatə edir.

Hazırda şirkətin müəssisələrində pilotsuz təyyarələrin istehsalı həyata keçirilir.

Prezident İlham Əliyevə polutsuz "ANKA" təyyarəsi barədə məlumat verilib. Burada hərbi məqsədlə "Göytürk1" və Türkiyənin ilk milli yer kəşfiyyat peyki olan "Göytürk2"nin istehsalı baş tutub.

Bundan əlavə, 1987-ci ildən başlayaraq şirkətdə "F-16" döyüş təyyarələrinin istehsalı həyata keçirilir ki, əsas məqsəd yerli tələbatı ödəmək və bu təyyarələrin xaricə satışına nail olmaqdır.(Azər Tac)
Bağla X