Göyərtəsində azərbaycanlılar olan gəmi saxlanıldı

Qara dənizdə Beliz bayrağı ilə üzən "İREM" gəmisi Abxaziya istiqamətində Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb.


Gəmi kapitanı, Azərbaycan vətəndaşı olduğu bildirilən Avif Meçio adlı şəxs, eləcə də ekipaj üzvləri – 5 Ukrayna vətəndaşı və 2 Azərbaycan vətəndaşı saxlanılıb. Gəmi Türkiyə istiqamətinə getmək istəyirmiş.

Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 332-1 maddəsi (işğal olunmuş ərazilərə daxil olmaq qaydalarının pozulması) ilə istintaq aparıldığını açıqlayıb.(apa)