20:02
(077) 610-22-33

Keçmiş baş nazir etiraf etdi

  • >
220 15 Noyabr 2013 08:37 | Region

“Əgər Gömrük İttifaqına qoşulmağa qərar versək üç qat itirəcəyik”




Gömrük İttifaqına qoşulmaqla Ermənistan gömrük rüsumlarından üç qat itirəcək.

APA-nın "Novosti Armenii" saytına istinadən verdiyi xəbərə görə, bu barədə noyabrın 14-də Levon Ter-Petrosyanın prezidentliyi dövründə baş nazir olmuş, deputat Hrant Baqratyan 2014-cü ilin büdcə layihəsinin parlamentdəki müzakirəsi zamanı bəyan edib. "Əgər Ermənistan Gömrük İttifaqına qoşulmağa qərar veribsə, o Avropadakından 3 qat artıq idxal gömrük rüsumu tətbiq etməli olacaq", deyə Baqratyan qeyd edib.

Belə ki, Dünya Bankının məlumatına görə, 2011-ci ildə Rusiyada xammala tətbiq edilən idxal gömrük rüsumu orta hesabla 6,97 faiz təşkil etdiyi halda, Avropa Birliyi ölkələrində bu göstərici cəmi 1,24 faiz olub. Ermənistanda 2008-ci ildə (sonrakı illərin göstəriciləri məlum deyil) bu göstərici 3,48 faiz təşkil edib. Beləliklə, Ermənistan Gömrük İttifaqına qoşulmaqla idxal mallarına tətbiq ediləcək tariflər, yəni əmtəə qiymətləri xeyli yüksələcək. Avropa Birliyi ilə vahid ticarət məkanına qoşulacağı təqdirdə isə bu baş verməyəcəkdi.

"Gömrük rüsumlarının dərəcələrinin dəyişəcəyini nəzərə almaqla, Ermənistanda gəlirlərdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verəcək. Gözlənilən dəyişikliklər təqdim olunmuş büdcə layihəsində yer almayıb. Bu baxımdan, büdcə hesablanarkən ölkənin Gömrük İttifaqına qoşulmasının nəzərə alınması daha məqsədəuyğun olardı", deyə Baqratyan vurğulayıb.

AzNews.az
Bağla X