04:08
(077) 610-22-33

İlqar Haciyev: “Deportasiya edilən azərbaycanlı yoxdur”

  • >
2 800 15 Noyabr 2013 17:33 | Region

Moskvanın Qərbi Biryulevo rayonunda miqrasiya qanunvericiliyinin pozulmasına görə saxlanılmış 200 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Məhkəmə İcraçıları Xidməti açıqlayıb. Xidmətdən bildiriblər ki, qeyri-leqal miqrantların deportasiyası prosesi davam edir.

Ümumrusiya Azərbaycan Konqresi icraçı direktoru İlqar Haciyev isə APA-ya açıqlamasında bildirib ki, Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin yaydığı məlumat köhnədir. O deyib ki, olaylar baş verən zaman saxlanılanlarla bağlı yoxlamalar aparılıb, müvafiq addımlar atılıb: "O vaxt saxlanılanların hamısı buraxılmışdı. Həm də həmin vaxt saxlanılanların əhəmiyyətli hissəsi mağazaların şüşələrini sındırmış, tərəvəz məhsullarını dağıdaraq yerə tökmüş, vəhşiliklərə yol vermiş "skinhed"lər idi. Təxminən 30-a qədər "skinhed" saxlanılmışdı. Sonradan evlərdə qeyri-qanuni miqrantların olub-olmaması ilə bağlı yoxlamalar da aparılmışdı".

İlqar Hacıyev bu günlərdə deportasiya edilənlər arasında azərbaycanlıların olduğu barədə onlara müraciət daxil olmadığını da söyləyib: "Deportasiya edilən azərbaycanlılar yoxdur ".

AzNews.az
Bağla X