Ərdoğanın kürdlərlə gizli görüşü - Foto

Bu gün Diyarbəkirə səfər etmiş Türkiyə baş naziri Rəcəp Tayyib Ərdoğan Diyarbəkir valiliyinə baş çəkib.

ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazir valilikdə olarkən onun yanına Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və uzun illər xaricdə yaşamış, yalnız indi Türkiyəyə dönən kürd sənətçi Şivan Pərvər də oraya gəlib.

Onlar və Diyarbəkir valisi Mustafa Cahid Kıraç mətbuta qapalı görüş keçiriblər. Görüşün gedişində kürd əsilli Türkiyə müğənnisi İbrahim Tatlısəs də valiliyə gəlib.

AzNews.az